0
Saturday 27 September 2014 - 13:07

“İraq böhranı”nın təşəbbüskarı geylərin hamisi seçildi

Story Code : 411918
“İraq böhranı”nın təşəbbüskarı geylərin hamisi seçildi
Axar.az xəbər verir ki, bu “Gay Times” jurnalının hazırladığı siyahıda yer alıb.
Jurnal cinsi azlıqların simvoluna çevrilən 30 nəfərin adını açıqlayıb. Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer siyahıya başçılıq edib. Ondan başqa, ifaçı və bəstəkar Boy Corc, Yen Makkellen və Barbara Streyzand kimi aktyorlar da siyahıya düşüb.
Siyahı redaksiyanın özünün şəxsi fikirləri əsasında tərtib edilib.
Onu da xatırladaq ki, Toni Bleyer 1997-ci ildən 2007-ci ilə kimi Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışıb. Məhz o, Böyük Britaniyanın ABŞ-la birgə İraqa Qərb qoşunlarının yeridilməsinin təşəbbüskarlarından biri olub. 
Comment