0
Monday 29 September 2014 - 12:06

Ruhani ilk dəfə Rusiyada

Story Code : 412190
Ruhani ilk dəfə Rusiyada
ANS PRESS-in İranın Mehr agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 29-da prezident Ruhaninin sammitdə nitqlə çıxış edəcəyi planlaşdırılıb.

Həsən Ruhani gəlişində “Biz ölkələrimiz arasında yaxşı əlaqələrin qurulmasına çox şadıq. Rusiya bizim üçün çox yaxşı qonşudur, Həştərxan isə - əlaqələrimizin inkişafı üçün əsas bölgədir” sözlərini işlədib.

Qeyd edək ki, 2013-cü ildə mal mübadiləsi 250 milyon dollara çatan Həştəxanda İran sərmayəsi ilə 160 şirkət fəaliyyət göstərir, İran Milli Bankının filialı açılıb, humanitar sahədə əməkdaşlıq inkişaf edir.

Sammit gedişində İran prezidentinin Vladimir Putin başda olmaqla Rusiya rəhbərliyilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, bazar ertəsi keçiriləcək Xəzəryanı dövlətlərin Həştərxan sammitində Azərbaycan prezidenti İlham Əliyev olmaqla, İran, Rusiya, Qazaxıstan və Türkmənistan başçılarının da iştirakı gözlənilir.

Sammit gündəliyinin əsas məsələsi tərəflər arasında Xəzərin hüquqi statusunun və dəniz ehtiyyatlarından istifadə qaydalarının razılaşdırılması ilə bağlıdır.

Xatırladaq ki, sammit ərəfəsi diplomatik mənbələr sahilyanı dövlətlərin Xəzər dənizində xarici hərbi qüvvələrinin mövcudluğunu yasaqlayan müqavilənin razılaşdırdığını xəbər verərək, həmin sənədin Həştərxanda imzalanacağını bildirmişdilər.
Comment