0
Thursday 21 October 2010 - 17:12

İran milli bilyard oyunlarının ingilis məşqçisi İslamı qəbul etdi

Story Code : 41234
İran milli bilyard oyunlarının ingilis məşqçisi İslamı qəbul etdi
İran milli bilyard oyunlarının ingilis məşqçisi İslamı qəbul etdi
Bu mərasimin sonunda ona həccə getmək üçün maddi vəsait təqdim edildi. Hüccətil-İslam Təqi isə Devidə Qurani-Kərimin ingilis dilinə tərcüməsini və bir neçə dəyərli kitab hədiyyə etmişdir.
Devid, İslam dinini qəbul etməyi haqda deyir: “Məşhədə səfər etdiyim zaman mənim daxilimdə inqilab baş verdi və İslam dininə qarşı meyl əmələ gəldi. Neçə il Əbu-Dabidə, Qatarda və Bəhreyndə məşqçi olmuşam. Orada İslam ilə tanış olmuşam. İrana gələndən sonra isə buranın mədəniyyəti məni cəzb etdi. Məşhəddə müsabiqə təşkil edildiyi üçün oraya getdim və İmam Rza (ə) hərəminə getmək istədim. O zamandan qərara aldım ki, müsəlman olum. Ümid edirəm ki, bu müddətdə daha çox mütaliə edərək, yaxşı müsəlman ola bilim”.
Bu mərasimdə Hüccətil-İslam Seyidrza Təqi demişdir: “Bizim istər müsəlman, istərsə də qeyri-müsəlmanlara qarşı baxışımız - insani baxışdır. Bütün insanlara ehtiram göstərmək - dinin göstərişlərindəndir. Bizim sizinlə əvvəllər insani münasibətimiz vardı, indi isə fikri və dini münasibətimiz də olacaqdır. İslam dini ləzzət bəxş edən bir dindir. Bu şərtlə ki, onu canımızla qəbul edək. O insan ki, şəhadət deyər, həqqun-nasdan başqa onun bütün əvvəlki günahları bağışlanılar”.
Digər natiq öz çıxışında demişdir: “Bu gün bizim hamımız üçün iftixaredici bir gündür. Təbiidir ki, o insanın zatı yaxşı olmasa, bu rahatlıqla həqiqəti qəbul edə bilməzdi”. /Deyerler/
Comment