0
Tuesday 30 September 2014 - 18:43

İsrail əsgərləri özlərini öldürməyə başlayıb

Story Code : 412538
İsrail əsgərləri özlərini öldürməyə başlayıb
Qəzzaya qarşı 50 günlük müharibədə iştirak edən İsrail əsgərləri psixoloji problem yaşadıqları üçün özlərini öldürməyə başlayıblar.
İnterAz-ın məlumatına görə, bu barədə İsrailin “Daily Maariv” qəzeti dünən məlumat dərc edib.
Məlumatda deyilir ki, İsrailin Qəzzaya qarşı apardığı müharibədə “Qolani” briqadasının tərkibində döyüşən 3 əsgər 50 günlük müharibədə psixoloji travma aldıqları üçün öz həyatlarına qəsd ediblər. Onlardan ikisi Qəzzayla sərhədyanı ərazidə, biri isə İsrailin mərkəzi hissələrdə özlərinə qarşı sui-qəsd həyata keçiriblər.
İsrail hərbi polisi faktla bağlı araşdırmalara başlayıb.
Ordu rəsmiləri isə hələlik faktla bağlı heç bir açıqlama verməyiblər.
Məlumat üçün bildirək ki, 2013-cü ildə 8 İsrail əsgəri psixoloji problemlər yaşadığı üçün intihar ediblər.
Comment