QR CodeQR Code

"Barselona" uduzdu, "Roma"dan bərabərlik

1 Oct 2014 08:37

IslamTimes - Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarına start verilib.


Apasport.az saytının məlumatına görə, ilk matç günündə 4 qrupda 8 qarşılaşma baş tutub.
Gecənin maraqlı oyunlarından biri İngiltərədə keçirilib. Mançester şəhərində son ölkə çempionu “Mançester Siti” “Roma”nı qonaq edib. Qrup mərhələsinin ilk turunda evdə Moskva MOİK-ini darmadağı edən (5:1) “canavarlar” növbəti dəfə 3 xal qazanmağa çalışıb. “Şəhərlilər” isə Münhen səfərindəki “Bavariya” məğlubiyyətini (1:0) unutmaq niyyətindədə idilər. Lakin hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.
Azarkeşlər turun ən maraqlı görüşünü Fransada izləyə biliblər. Son illərin çempionu PSJ 4 dəfə ÇL-nin qalibi olmuş “Barselona”nı sınağa çəkib. Qapılara 5 qolun vurulduğu görüşdə sevinən tərəf meydan sahibləri olub. Parislilər Luis Enrikenin komandasını evə əli boş yola salıblar.
“Çelsi” isə Lissabonda “Sportinq”lə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Oyunun 34-cü dəqiqəsində Matiçin vurduğu tək qol “zadəganlar”ı sevindirib.
Digər oyunlarda isə APOEL “Ayaks”la, “Şalke” “Maribor”la və “Şaxtyor” “Portu” ilə xalları yarı bölüb. BATE isə evində “Atletik”i 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün baş tutacaq.


Story Code: 412628

News Link :
https://www.islamtimes.org/az/news/412628/barselona-uduzdu-roma-dan-bərabərlik

Islam Times
  https://www.islamtimes.org