ABŞ-ın Prezident Adminstrasiyası bildirir ki, Barak Obama gələn il Pakistana gedəcək Bu, onun prezident kimi Pakistana ilk səfəri olacaq. Ağ Ev bunu Obamanın Pakistan və Əfqanıstandakı milli təhlükəsizlik qüvvələri ilə aylıq görüşündən sonra bəyan edib. Ağ Evin açıqlamasına görə, Obama Pakistan nümayəndə heyəti ilə görüşündə bildirib ki, gələn ay Asiyaya səfəri zamanı bu ölkəyə getməyəcək.