QR CodeQR Code

Fransa deputatların Dağlıq Qarabağa səfərindən xəbərsizdir

22 Oct 2010 10:33

IslamTimes - Azərbaycanın Fransadakı səfirliyi fransız deputat F.Roşbluanın təşkilatçılığı ilə bir müddət əvvəl bir qrup fransız deputatın Dağlıq Qarabağa səfəri ilə bağlı Fransanın Milli Assambleyasına ünvanlanmış və bu faktla bağlı narahatlıq ifadə edən məktubuna cavab alıb.


Cavab məktubunda Fransa Respublikası Milli Assambleyasının sədri Bernar Akuoye bu hadisədən xəbəri olmadığını və bu məlumatı səfirliyin məktubundan sonra əldə etdiyini bildirib. Məlumatı cümə axşamı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.
Akuoye bu səfərin qətiyyən Milli Assambleyanın rəsmi missiyası olmadığını və fransız deputatların şəxsi səfəri olduğunu qeyd edib. O, həmçinin, səfərin Milli Assambleyanın hesabından maliyyələşdirilmədiyini də məktubunda qeyd edib.
Milli Assambleyanın sədri Akuoye bu deputatların tutduqları qeyri-rəsmi mövqenin Minsk qrupunun tərkibində Dağlıq Qarabağ münaqişəsinin dinc həlli axtarışında səylərini davam etdirən Fransanın iştirakını şübhə altına almayacağını vurğulayıb. /Trend/


Story Code: 41271

News Link :
https://www.islamtimes.org/az/news/41271/fransa-deputatların-dağlıq-qarabağa-səfərindən-xəbərsizdir

Islam Times
  https://www.islamtimes.org