0
Thursday 2 October 2014 - 14:36

ABŞ-ın husilərə təzyiqi artırmaq planı

Story Code : 412879
ABŞ-ın husilərə təzyiqi artırmaq planı
ABŞ-ın husilərə təzyiqi artırmaq planı
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, ABŞ rəsmi bəyənat verərək iddia edib ki, husilərin Yəmən hakimiyyəti və dövlətini əldə etmək səlahiyyətləri yoxdur. Yəmən xalqı bilməlidir ki, əgər husilər iş başına gəlsə və Yəmənin siyasi gələcəyində rol oynasalar, Yəmən və ölkə əhalisi Amerikanın sanksiyaları ilə qarşılaşacaqlar.

Rəy əl-yəvm qəzeti əlavə edib: Amerika Yəmən xalqına müraciət edib ki, ölkə prezidenti Əbdurəbbihə etiraz etməsinlər və ölkədəki dövlətin ləğv edilməsi üçün təzyiq göstərməsinlər.
Amerika husilər və Yəmənin hazırkı rejimi arasında imzalanmış razılaşmada təhlükə hiss edib və husilərin Yaxın Şərqin cənub-qərbinə bir təhdidə çevrildiyini iddia edib.
Bu arada Türkiyə mediası məlumat verib ki, ABŞ və Səudiyyə Ərəbistanının yüksək rütbəli təhlükəsizlik xəfiyyələri Nyu-Yorkda məxfi iclas keçirmişlər. İclasın mövzusu Yəməndə husilərlə mübarizə aparmaq olub.
Source : Nur.az
Comment