0
Thursday 2 October 2014 - 17:05

"Qadağa tətbiq edilməyəcək!"

Story Code : 412904
"Qadağa tətbiq edilməyəcək!"
ANS PRESS-in məlumatına göə, prezident Vladimir Putinin rəhbərliyi altında baş tutan iclasda Rusiyada internetin fəaliyyətinə dair məsələlər müzakirə olunub. Bir müddət əvvəl “Vedomosti” qəzetinin ölkədə fövqəladə vəziyyət olacağı təqdirdə Rusiya hökumətinin qlobal internet şəbəkəsinə çıxışı bağlayacağına dair iddiaları da iclas da öz cavabını tapıb. Putin hökumətin belə bir addım atmayacağını deyib.
“Biz interneti tam nəzarət altına almaq, beynəlxalq şəbəkəni, insaların, təşkilatların qanuni maraqlarını və imkanlarını məhdudlaşdırmaq, informasiya sahəsində biznesi əngəlləmək niyyətində deyilik”, - deyə Putin qeyd edib.
Rusiya ən çox kiberhücumlara məruz qalan ölkələrdən biridir. Rusiya Təhlkəsizlik Şurasının baş katibi Nikolay Patruşev təkcə bu ilin ilk yarısında Rusiya vebsaytlarına 57 milyon dəfə hücum olunduğunu məruzə edib.
Rusiyada 2015-ci ildən internetə dair yeni qanun layihəsi qüvvəyə minəcək. Yeni qanuna əsasən, Google, Facebook, Twitter kimi saytlar Rusiya vətəndaşlarına dair məlumatları Rusiyanın öz serverlərində saxlamalıdır.
 
Comment