QR CodeQR Code

Türkiyə Avropa Birliyi üçün qazancdır

22 Oct 2010 15:12

IslamTimes - Abdulla Gül: "Almaniyadan AB-yə üzvlüklə bağlı həmrəylik və əməkdaşlıq gözləyirik


Türkiyə prezidenti Abdulla Gül bu ölkədə rəsmi səfərdə olan almaniyalı həmkarı Kristian Vulfun şərəfinə "Dolmabaxça" sarayında ziyafət verib.
Dünən təşkil edilən ziyafətdə Gül ölkəsindəki bir çıxışında "islam da Almaniyaya aiddir" sözlərini işlərədn Vulfun bu mövqeyindən böyük məmnuniyyət duyduğunu deyib: "Sizin də bildirdiyiniz kimi, əksəriyyəti türklərdən ibarət olan mühacirlər bu gün artıq alman cəmiyyətinin vaz keçilməz elementləridir. Bu insanların mənsubu olduğu islam dini digər səmavi dinlər kimi Almaniyanın ayrılmaz parçasıdır. Mövqeyiniz Türkiyədə uzun müddətdir müdafiə etdiyimiz qarşılıqlı tolerantlıq və uyğunlaşma anlayışı ilə üst-üstə düşür".
Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı qərarlılığını vurğulayan Gül Almaniyadan ən çox bu sahədə əməkdaşlıq və həmrəylik gözlədiklərini bildirib: "Özünü yox edən deyil, qlobal dünyada beynəlxalq məsuliyyətini dərk edən bir aktyor olaraq özünü yenidən formalaşdıran Almaniya bu strateji seçimin gətirəcəyi faydanı ən yaxşı şəkildə dəyərləndirəcək dövlətlərdən biridir".
Kristian Vulf da bölgəsində sürətlə inkişaf edən Türkiyənin Avropaya böyük fayda verəcəyini deyib. "Türkiyə bölgədəki sabitlik baxımından Avropa Birliyi üçün qazancdır" deyən Vulf Türkiyənin və Avropanın bir çox sahədə bir-birini tamamlayacağını vurğulayıb. /trt/


Story Code: 41302

News Link :
https://www.islamtimes.org/az/news/41302/türkiyə-avropa-birliyi-üçün-qazancdır

Islam Times
  https://www.islamtimes.org