0
Saturday 23 October 2010 - 07:13

Əliyevlə Sərkisyan yenidən bir arada

Story Code : 41340
Əliyevlə Sərkisyan yenidən bir arada
Əliyevlə Sərkisyan yenidən bir arada
Azərbaycan və Ermənistan prezidentləri Qarabağ probleminin həlli ilə bağlı danışıqlar çərçivəsində yenidən bir araya gələcəklər.
Rusiya prezidenti Dmitri Medvedyevin də iştirak edəcəyi görüş oktyabrın 27-də Həştərxanda olacaq.
Ermənistan prezident administrasiyası mətbuat müşavirliyindən verilən açıqlamaya görə, görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlər müzakirə ediləcək.
Görüş öncəsi verdiyi açıqlamada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ probleminin bölgənin sabitliyi və əmin-amanlığı üçün təhlükə yaratdığını deyib.
Məmmədyarov Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının konkret təcavüz kimi dəyərləndiriləcəyini söyləyib. Xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduqlarını vurğulayıb.
ATƏT-in qiymətləndirmə missiyasının işğal olunmuş bölgələrə səfərlə bağlı hesabatının tərəfsiz olmasını gözlədiklərini deyən Məmmədyarov sülh prosesini tərk etmə niyyətinin olmadıqlarını və müzakirələrə davam edəcəklərini açıqlayıb. /trt/
Comment