QR CodeQR Code

İnqilab Rəhbərinin Quma səfəri bu şəhərin xas mövqeyini göstərir

IRIB , 23 Oct 2010 15:43

Islamtimes - Tehranın bu həftəki cümə namazının xitabətçısı deyib: İslam İnqilabı Böyük Rəhbərini müqəddəs Qum şəhərinə tarixi səfəri , bu şəhərin xas əhəmiyyətə və yerə malik olduğunu göstəricisidir.


Höccət-ül-islam Kazim Sədiqi Tehran cümə namazının xütbələrində İslam İnqilabının Böyük rəhbəri Həzrət Ayətullah-ül-üzma Xameneinin müqəddəs Qum şəhərinə olan tarixi səfərinə toxunub və deyib : Böyük İnqilab rəhbərinin bu müqəddəs şəhərə səfəri dünya ictimaiyyətinin islam inqilabının beşıyınə , din və maarifləndirmə mərkəzinə baxışına yönəltdi. Tehran cümə namazının bu həftəki İmam camaatı çıxışının davamında, Böyük İnqilab Rəhbərinin dünya məsələləri və daxili məsələlərlə bağlı uzaqgörənliyinə işarə edərək xatırladıblar : Hazırkı həssas mərhələlərdə məsələlərə məzhəbi-mənəvi cəhətdən aydınlıq gətirmək və həll yolları təqdim etmək üçün o Həzrətin Qumda sıx iclaslar təşkil etməsi bu şəhərin xas zəriflik və mövqeyə malik olduğunu göstərir .

Höccət-ül-islam Kazim Sədiqi, həmçinin Həzrət Ayətullah-ül-üzma Xameneinin müqəddəs Qum şəhərində ruhanilər , din xadimləri , dahilərlə bağlı verdiyi bəyanata toxunub , onu əxlaqı , siyasi , ictimai , dini və elmi bir nizamnamə sayıbdır. Eyni halda da bu nizamnamənin analiz edilməsinin zəruriliyini vurğulayıb.

Tehranın bu həftəki cümə namazının xitabətçısı çıxışının digər hissəsində Qum şəhərində müxtəlif xalq kütlələrinin Böyük İnqilab Rəhbərini xeyli səmimi qarşılamasına işarə edərək deyib : Əhalinin rəhbəri bu qədər məhəbbətlə qarşılaması , 1979-cu ildə İmam Xomeyni(rə)-ın Parisdən İrana döndüyü zaman xalqın o Həzrəti tarixi qarşılaması xatirəsini yaşadır.

Ayətullah Sədiqinin sözlərinə görə , xalqın Böyük İnqilab Rəhbərini bu həddə səmimi qarşılaması sübuta yetirdi ki, İslam Rəhbəri və dini vilayət elə bərəkətli bir kölgədir ki, əhalinin hamısı ona ehtiyac doyur.

Tehranın bu həftəki cümə namazının xitabətçısı çıxışının başqa bir hissəsində də İran prezidenti Mahmud Əhmədinejadın Livana səfərini islam hakimiyyətinin bərəkətlərindən sayıb ,sonra da düşmənlərin İranı təcriddə saxlamaq üçün dəridən qabıqdan çıxmalarına toxunub. Onun sözlərinə görə , bu səfər islam hakimiyyətinin xalqların yanında nə dərəcə də əhəmiyyət daşıdığını və inqilab nurunun şüalarının dünyada günü-gündən artdığını göstərdi.


Story Code: 41395

News Link :
https://www.islamtimes.org/az/news/41395/inqilab-rəhbərinin-quma-səfəri-bu-şəhərin-xas-mövqeyini-göstərir

Islam Times
  https://www.islamtimes.org