IslamTimes - Ölkəni silkələyən təqaüd yaşının artırılmasına dair qanun konstitusiya komissiyasının təsdiqindən sonra qüvvəyə minəcək Fransa Senatı təqaüd yaşının 60-dan 62-yə çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib. Prezident Nikola Sarkozinin layihəsi 153 əleyhinə, 177 lehinə olmaqla rəsmiləşib. Hökumət qanun qəbul edildikdən sonra tətillərə son qoyulmasına dair çağırış edib. Ancaq bəzi həmkarlar ittifaqları mübarizəni davam etdirəcəklərini açıqlayıblar. Qanun konstitusiya komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. /trt/