0
Sunday 12 October 2014 - 06:20

Bağdadda silsilə partlayışlar nəticəsində azı 50 nəfər ölüb, 100 nəfər yaralanıb

Story Code : 414229
Bağdadda silsilə partlayışlar nəticəsində azı 50 nəfər ölüb, 100 nəfər yaralanıb
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Bağdadın şimalında terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb, nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb. Bundan bir qədər sonra şəhərin müxtəlif rayonlarında avtomobillərin partladılması nəticəsində azı 30 nəfər ölüb.
Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib. Terror aktlarının “İŞİD” üzvləri tərəfindən törədildiyi ehtimal olunur.  
Bundan əvvəl Bağdadda törədilmiş 3 partlayış nəticəsində 30 nəfərin öldüyü bildirilmişdi.
Comment