QR CodeQR Code

Çin Rusiyanı dəstəklədi

12 Oct 2014 13:53

IslamTimes - Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşən Çin prezidentinin köməkçisi Vang Yanq Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların düzgün olmadığını bildirib.


Sanksiyaları "səhv addım" adlandıran Çin rəsmisi Rusiyanın bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını deyib:
“Bu sanksiyalar səhv addımdır və Avropa üçün yaxşı nəticələnməyəcək. Qeyri-sabitlik cəhdlərinə baxmayaraq, Rusiya xalqının bu çətinliklərin öhdəsindən gələcəyinə inanırıq”.
Rusiyaya qarşı sanksiyaların həm də Çinə qarşı yönəldiyini deyən Pekin rəsmisi Rusiya ilə əməkdaşlığın genişləndiriləcəyini bildirib.


Story Code: 414288

News Link :
https://www.islamtimes.org/az/news/414288/çin-rusiyanı-dəstəklədi

Islam Times
  https://www.islamtimes.org