QR CodeQR Code

ABŞ polisi qaradərililəri ağlardan 21 dəfə çox öldürür

13 Oct 2014 09:26

IslamTimes - Qaradərili yeniyetmələrin polisin əli ilə öldürülmə ehtimalı ağ həmyaşıdlarından 21 dəfə yüksəkdir.


“ProPublica” qeyri-hökumət təşkilatının apardığı yeni araşdırmlar bunu sübut etməkdədir.
“ProPublica” 2010-2012-ci illərdə polislə baş vermiş və ölümlə nəticələnən mindən artıq atışmanı araşdırıb. Nəticələrə görə, belə halların əksəriyyətində 15-19 yaş arası qaradərili yeniyetmələr iştirak edib.
Missuri Universitetinin professoru Devif Klinqer bildirib ki, rəqəmlər dəqiq olmaya bilər, çünki FTB keçirdiyi əməliyyatlar haqqında məlumatların hamısını təqdim etməyə borclu deyil. Ancaq, professorun sözlərinə görə, “çətin ki, xəta əhəmiyyətli dərəcədə olsun”.
Təşkilat həmçinin polisin öldürdüyü orta yaşlı kişilər barədə əldə etdiyi məlumatları da açıqlayır. Afro-amerikanlar arasında orta yaş həddi 30, ağlar üçünsə 35 yaş təşkil edir.
Həm də yeniyetmələrə silah qaldıran, atəş açan polislərin 90%-i ağ amerikalılar və yalnız yerdə qalanı qaradərili zabitlərdir.
Qeyd edək ki, “ProPublica” FTB-nin məlumatlarındakı faktlara əsaslanaraq bir neçə həftə araşdırma aparıb.
Polisin qaradərili yeniyetmələri qətlə yetirməsi faktı artıq ABŞ-da bir neçə dəfə ki, kəskin diskussiya, mübahisə və etiraz aksiyalarına səbəb olub.


Story Code: 414289

News Link :
https://www.islamtimes.org/az/news/414289/abş-polisi-qaradərililəri-ağlardan-21-dəfə-çox-öldürür

Islam Times
  https://www.islamtimes.org