QR CodeQR Code

Lavrov və Kerri arasında görüş 3 saatadək davam edib

15 Oct 2014 08:15

IslamTimes - Parisdə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar keçirilib.


APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ABŞ səfirinin iqamətgahında təşkil olunmuş görüş 3 saatadək davam edib. Lavrov və Kerri arasında görüş təkbətək söhbətlə yekunlaşıb. Nümayəndə heyətlərinin görüşündən əvvəl də Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında iqamətgahın həyətində təkbətək söhbət  olub.
Danışıqların yekunlarına dair Con Kerri qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Donetsk və Luqanskda referendumun nəticələrini tanımayacaq.   
“Donetsk və Luqanskda müstəqillik haqqında referendum keçirmək cəhdləri Minsk sazişinin pozulması kimi qiymətləndirilir və onun nəticələrini nə Ukrayna hakimiyyəti, nə də beynəlxalq ictimaiyyət  tanımayacaq”, deyə Kerri bildirib.
Kerri həmçinin qeyd edib ki, ABŞ və Rusiya arasında  “İŞİD” terror qruplaşması ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.


Story Code: 414683

News Link :
https://www.islamtimes.org/az/news/414683/lavrov-və-kerri-arasında-görüş-3-saatadək-davam-edib

Islam Times
  https://www.islamtimes.org