QR CodeQR Code

İtaliya təhlükədə: Təhlükəsizlik toplantısı çağırıldı

16 Oct 2014 13:28

IslamTimes - İtaliya hökuməti İŞİD-in İtaliya və Avropa üçün təhlükəli olduğunu bəyan edib.


Axar.az xəbər verir ki, paytaxt Romada keçirilən təhlükəsizlik toplantısında çıxış edən prezident Ciorcio Napolitano beynəlxalq cəmiyyətin səylərinin yetərli ola bilməyəcəyindən narahatlığını ifadə edib.
Daha sonra verilən bəyanatda BMT və AB-nin Suriya və İraqda baş verən hadisələrə, xüsusilə yaranan qarşıdurmalara müdaxilə etməsinin vacibliyi qeyd edilib: 
“İtaliya hərbi qüvvələrində yenilənməyə ehtiyac var. Qısa vaxt ərzində yaranmış təhlükələrin qarşısını ala bilsək də, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı daxilində problemin həlli üçün əməli addımlar atılmalıdır”.
Məlumat üçün bildirək ki, Aralıq dənizi sahilində yerləşən İtaliyanın bu əndişələrinə əsas səbəb Yaxın Şərq və Şimali Afrikadan hər il minlərlə miqrantın qeyri-qanuni yolla bu ölkəyə gəlməsidir. Miqrantların arasında terrorçuların ola biləcəyini istisna etməyən İtaliya Avropada terrorçulara açıq olan birinci ölkə sayılır.


Story Code: 414917

News Link :
https://www.islamtimes.org/az/news/414917/italiya-təhlükədə-təhlükəsizlik-toplantısı-çağırıldı

Islam Times
  https://www.islamtimes.org