QR CodeQR Code

"İran-“altılıq” danışıqları kritik mərhələni keçir"

17 Oct 2014 19:33

IslamTimes - İran və “altılıq” ölkələri arasında danışıqlar kritik mərhələni keçir, lakin razılaşma noyabrın 24-də əldə oluna bilər.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada sona çatmış danışıqların yekunlarına dair  Avropa diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Maykl Mann bildirib. “Biz irəliləyişə və əvvəlki kimi, noyabrın 24-nə əhatəli razılaşmaya inadla nail olmağa çalışırıq”, deyə Mann vurğulayıb.
Onun sözlərinə görə, “İranın nüvə məsələsinin həlli istiqamətində diplomatik səylər kritik mərhələni keçir”. “Ekspertlər yaxın günlərdə görüşərək texniki işi davam etdirəcəklər”, deyə Mann əlavə edib.   


Story Code: 415111

News Link :
https://www.islamtimes.org/az/news/415111/iran-altılıq-danışıqları-kritik-mərhələni-keçir

Islam Times
  https://www.islamtimes.org