QR CodeQR Code

İran Ayətullah Nimrlə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

18 Oct 2014 00:16

IslamTimes - İran Səudiyyə Ərəbistanına Əhli-Beyt (ə) alimi haqqında verdiyi edam qərarı ilə bağlı xəbərdarlıq edib.


İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanında yaşayan  Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir ən-Nimrin edam edilməsinin "pis nəticələr doğuracaq"ı ilə bağlı xəbərdarlıq edib.
"Təsnim" Xəbər Agentliyinin verdiyi xəbərə görə, Riyad Məhkəməsinin Əhli-Beyt (ə) alimi Ayətullah Nimr ilə bağlı edam qərarının verilməsinə münasibət bildirən Abdullahiyan, "Qərar haqqında dəqiq bir məlumata sahib deyilik, ancaq əgər Səudiyyə Ərəbistanı belə bir qərar verəcəksə, bunun İslam dünyası və Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrdəki təsiri şiddətli və dərin olacaq" ifadəsini işlədib.
Ayətullah Nimrin vəkili Sadiq əl-Cibran dünən “twitter” sosial şəbəkəsi vasitəsi ilə verdiyi açıqlamada Riyad Məhkəməsinin Əhli-Beyt (ə) alimi haqqında edam qərarının verdiyini bildirmişdi.
Qeyd edək edək ki, Şeyx Nimr 2012-ci ilin iyulunda Səudiyyə rejimi tərəfindən hücuma məruz qalaraq ölümcül döyülüb, daha sonra onu ağır yaralı halda həbs ediblər.
Səudiyyə məhkəməsi onun barəsində öncə ömürlük həbs qərarı versə də, sonradan bu qərarını ləğv edib.  
Yerli hüquq müdafiçilərinin hesabatlarına əsasən, hazırda Səudiyyə Ərəbistanında 30 min nəfər siyasi məhbus var. Beynəlxalq Hüquq Müdafiə Təşkilatları mütəmadi Səudiyyə rejimini tənqid edərək ölkədə insan haqlarının bərpasını təmin etməyə çağırır.  


Story Code: 415115

News Link :
https://www.islamtimes.org/az/news/415115/iran-ayətullah-nimrlə-bağlı-səudiyyə-ərəbistanına-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org