0
1
comments
Saturday 18 October 2014 - 13:00

Ayətullah Sistani İŞİD-lə bağlı yeni müraciət yaydı

Story Code : 415202
Ayətullah Sistani İŞİD-lə bağlı yeni müraciət yaydı
Ayətullah Sistani İŞİD-lə bağlı yeni müraciət yaydı
Ayətullah Sistaninin sözünü çatdıran Əbdül Mehdi əl Kərbəlayi İraq xalqına qarşı aparılan təbliğatlar ilə bağlı xalqdan daim ayıq olmalarını istəyib. Hüseyn ibni Əli (ə) adına məsciddə etdiyi cümə xütbəsində ölkədə gedən prosesləri dəyərləndirən Əbdül Mehdi əl-Kərbəlayi “Media orqanlarında Bağdad başda olmaqla bəzi şəhərlərin ələ keçirilməsi istiqamətində xəbərlər yayımlanır. İraqlılar bu cür təbliğatların əsl məqsədləri mövzusunda şüurlu olmalıdır” xəbərdarlığını verib.

Söz mövzusu təbliğatlarla “iraqlıları qorxutmağın” hədəflədiyini bildirən xətib, vətəndaşların “torpaqlarını təvirçi-vəhhabi İŞİD terrorçularına qarşı mübarizə” mövzusunda özlərinə güvənmələrini istəyib.

Xatırladaq ki, iyun ayında təkvirçi-vəhhabi İŞİD terror təşkilatı İraqa soxularaq Mosul başda olmaqla bir sıra şəhərləri ələ keçirmişdi. Ayətullah Seyid Əli Sistani İŞİD ünsürləri ilə mübarizə aparmaq üçün ölkə əhalisinə ünvanlı fətva vermişdi. Bu müraciətdən sonra terror təşkilatına qarşı güclü müqavimət formalaşıb. Fətvanın açıqlanmasından çox az müddət sonra milyonlarla iraqlı könüllü olaraq orduya qatılmaqla bağlı müraciət etmişdi./deyerler/
Source : Deyerler
Comment


Äla