QR CodeQR Code

Qum dini elmlər mərkəzinin müəllimlər cəmiyyəti İranın ümumi atmosferi üçün bir göstərici xəttdir

IRIB , 24 Oct 2010 13:12

Islamtimes - Qum dini elmlər mərkəzinin müəllimlər cəmiyyəti özünün möhkəm mahiyyətini qorumaqla hövzə və ölkənin ümumi atmosferi üçün göstərici bir xətt kimi qalmalıdır.


Şənbə günü oktyabrın 23-də Qum dini elmlər mərkəzinin müəllimlər cəmiyyətinin sədri və üzvlərini qəbulu zamanı bu məqama toxunan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul Üzma Xamenei müəllimlər cəmiyyətini islam hərəkatı dövründə və İslam İnqilabının qələbəsindən sonrakı dönəmdə imtahandan baş uca çıxmış möhkəm bir cəmiyyət sayaraq onu İmam və İnqilab yolunda möhkəm və misilsiz bir qurum adlandırıblar.

O, həzrət müəllimlər cəmiyyətinin təsirli və möhkəm mahiyyətinin qorunmasının zəruriliyini qeyd edərək bu cəmiyyətin bəzi müqəddimələrə ehtiyaclı olmasını bildiriblər.

Böyük İnqilab Rəhbəri öz fikirlərinə aydınlıq gətirərək xatırladıblar: Qum dini elmlər mərkəzi müəllimlər cəmiyyətinin əsas vəzifələrindən biri möhtərəm mərcə təqlid alimləri ilə əlaqə qurmaq və bunu gücləndirməkdir.

Həzrət Ayətullahil Üzma Xamenei əhali ilə əlaqənin möhkəmləndirilməsini ,xüsusilə də əlaqə üzrə yeni metod və tərzlərin araşdırılmasını, həmçinin təfəkkürçülük qərargahının yaradılmasını sözü gedən cəmiyyət üçün digər zərurətlərdən sayıblar.

Dünya müsəlmanlarının Vəliyyi Əmiri vurğulayıblar: Müəllimlər cəmiyyəti din elmlər mərkəzindən ardıcıl olaraq yaxşı mütəfəkkir din xadimləri və dahiləri işə götürmək və cəzb etməklə,habelə güclü, geniş və işlək bir qüvvə təşkil etməklə müxtəlif sahələrdə onların nöqtə nəzərləri və baxışlarından istifadə edə bilər.

İslam İnqilabının Böyük Rəhbəri sonra vurğulayıblar: Dini elmlər mərkəzi şiə və ruhaniyyətin çırpınan ürəyi olaraq media, təhsil, tərbiyə məsələləri ətrafında islam hakimiyyəti üçün geniş potensiala şərait yarada bilər.


Story Code: 41535

News Link :
https://www.islamtimes.org/az/news/41535/qum-dini-elmlər-mərkəzinin-müəllimlər-cəmiyyəti-iranın-ümumi-atmosferi-üçün-bir-göstərici-xəttdir

Islam Times
  https://www.islamtimes.org