0
Tuesday 21 October 2014 - 15:13

Rusiyada “Skype”ın analoqu yaradılacaq

Story Code : 415751
Rusiyada “Skype”ın analoqu yaradılacaq
Rusiyada “Skype”ın analoqu yaradılacaq
İslamazeri.az-ın “ICTnews”-a istinadən verdiyi xəbərə görə, “Rostelekom” “Skype”ın analoqu olacaq bu messencerin hazırlanmasını nəzərdə tutan müqavilənin qiymətinin maksimum 73 milyon rubl təşkil edəcəyini bildirib.

Operator bu VoIP-servisi 2015-ci ilin birinci yarısında istifadəyə vermək niyyətindədir.

Artıq “Technoserv”, “CTI”, “Teligent” və “Inlain Telecom Solutions” şirkətləri tenderdə iştirak üçün müraciət ediblər.

Tenderin nəticələri noyabrın 6-da elan ediləcək.

İstifadəçilər telefon abunəçiləri ilə əlaqə saxlamaq üçün real telefon nömrəsi alacaqlar və planşetdən mobil və şəhər nömrələrə zəng edə biləcəklər. Xidmətə şəhər telefonunun nömrəsini də əlavə etmək və onu mobil nömrə kimi istifadə etmək olar.
Source : Islamazeri
Comment