0
Sunday 24 October 2010 - 18:01

Toni Bleyerin baldızı İrana səfərdən sonra müsəlman oldu

Story Code : 41578
Toni Bleyerin baldızı İrana səfərdən sonra müsəlman oldu
Toni Bleyerin baldızı İrana səfərdən sonra müsəlman oldu
“Daily Mail” qəzetinin verdiyi xəbərə əsasən İngiltərənin sabiq baş naziri Toni Bleyerin televiziya və radio aparıcısı olan 43 yaşlı baldızı Lauren Bus İranın Qum şəhərində Məsumə (ə) xanımın müqəddəs hərəmini ziyarət etdikdən sonra İslam dinini qəbul edib.
O informasiya vasitələrinə verdiyi açıqlamada bildirib ki, artıq hicab bağlayır, gün ərzində 5 vaxt namaz qılır və fürsət yarandıqda yaşadığı məhəllədəki məscidə baş çəkir.
Xanım Lauren Quma səfəri barədə deyib ki, "səfər gedişində özümdə qəribə bir sevinc yarandığını hiss etdim. Məndə çox mənəvi bir fəza yaranmışdı… İngiltərəyə döndükdən dərhal sonra İslam dininə üz tutdum."
"Mən artıq donuz əti yemir, hər gün Quran oxuyuram. Artıq Qurandan 60 səhifə mütaliə etmişəm. Mən 45 gündür ki, spirtli içkilərdən istifadə etmirəm. Bu son 25 ildə həyatımda spirtli içkilərdən istifadə etmədiyim ən uzun zaman fasiləsidir. Ən maraqlısı isə budur ki, mən İslam dininə üz tutduqdan sonra spirtli içkilərə olan meylim tamamilə məhv olub. Mən artıq spirtli içkinin şüşəsini belə toxunmuram. Bir halda ki, bundan öncə hər gecə spirtli içki istifadə edirdim. Kim bilir, bu mənəvi səfər məni hara aparacaq?!"
Lauren Busun İrana səfər etməzdən öncə də İslama qarşı münasibəti pis olmayıb. O son vaxtlar öz vaxtının əksərini Fələstin mövzusunda araşdırmalara sərf edib.
Xanım Lauren əlavə edib: “Mən həmişə İslamın insanlara bəxş etdiyi qüdrət və təsəlli hissindən heyrətlənmişəm… Ümidvaram ki, mənim İslama üz tutmağın Toni Bleyerin də İslama yaxınlaşamasına təsir edəcək.”
Comment