0
Sunday 24 October 2010 - 20:25
Həzrət Ayətulah əl-Üzma Xamenei :

Bəsic qüvvələri İran xalqını fitnəkarlıqlardan qoruyur

Story Code : 41586
Bəsic qüvvələri İran xalqını fitnəkarlıqlardan qoruyur
Bəsic qüvvələri İran xalqını fitnəkarlıqlardan qoruyur
İslam İnqilabının Böyük Rəhbəri bəsic qüvvələrinin bəsirətə malik olmasını İran xalqının dinamikası və inkişafı üçün möhkəm və məntiqli dəlil olduğuna, habelə mürəkkəb fitnəkarlıqlar qarşısında zərə görməməsinin səbəbi olduğunu bildiriblər .

Bu gün bazar (24 oktyabr) İranın Qum ostanındakı bəsic qüvvələrinin toplusunda çıxış edən Həzrət Ayətulah əl-Üzma Xamenei bəsirət , əməl paklığı habelə vaxtında və miqdarında əməl etməni bəsicin hərəkətinin meyarı olduğunu da bildiriblər .

İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar : Düşmənlərin İranın inkişafı və nailiyyətlərini əksinə göstərmək üzər geniş təbliğatları , onları İran xalqı və məsul şəxslərinin əzəmətli və yüksək templi hərəkətlərindən geridə qalmanın göstricisidir və düşmənlərin istəklərinin əksinə olaraq bu hərəkət heç vaxt dayanmayacaq və İran xalqının gələcəyi gün-gündən artan inkişaflar və nailiyyətlərlə yanaşı olacaqdır .

Həzrət Ayətullah əl-Üzma Xamenei öz söhbətlərinin davamında düşmənlərin fitnəkarlıqlarının mürəkkəbləşməsi müqabilində, o cümlədən İranda prezident seçkilərindən sonrakı 88-ci il fitnəkarlıqlar qarşısında bəsicin qabiliyyətləri və bəsirətinin artmasını, bəsicin müvəffəqiyyətlərinin biri olduğunu bildirərək əlavə ediblər : Keçən ilki fitnədə çoxları səhvə yol verdilər və bu topludan da bir çoxları bir müddətdən sonra öz səhvlərini düzəltdilər . Amma əzəmətli bəsic hərəkəti bəsirət bayrağını qorumaqla səhvə yol vermədi və haqq yolunda qala bildi.

İslam İnqilabının Böyük Rəhbəri Haqqın müəyyən edilməsi meyarının, simalar olmadığını bildirərək belə vurğulayıblar : Bəzi vaxtlar xalq tərəfindən qəbul edilən simalar da səhv yola qədəm qoyurlar . Buna görə də haqq və batilin simalar və şəxslərlə yox bəsirətlə, müəyyən etmək lazımdır. Həzrət Ayətullah əl-Üzma Xamenei xarici siyasət haqda belə buyurublar: İslami quruluşun müxalifləri və bəzi fitnəçilər tərəfindən söylənilən sözlərdə İranın dünyada zəlil və biabırçı olduğu bildirilirdi, halbuki hazırda dünya xalqları arasında İİR-nin abırı nəinki azalmayıb, həm də artıbdır .

İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar: İran xalqının İslam və Quran xəttindəki dayanmayan hərəkəti müsəlman xalqlarının əksəriyyətinin İslam və oyanış dünyasına təsir edəcəkdir.
Source : IRIB
Comment