0
Wednesday 22 October 2014 - 10:48

Kılıçdaroğlu: “YPG terror təşkilatı deyil”

Story Code : 415878
Kılıçdaroğlu: “YPG terror təşkilatı deyil”
Kılıçdaroğlu Suriyanın şimalında İŞİD-ə qarşı müqavimət göstərən PYD-nin YPG qolunu terror təşkilatı hesab etmədiyini açıqlayıb. 
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP başqanı YPG silahlılarını vətənini xilas etmək üçün təşkilatlanmış qrup adlandırıb.
Türkiyə Prezidenti Tayyib Ərdoğan çıxışında PYD silahlılarının PKK-dan fərqlənmədiyini bəyan edərək, terror təşkilatı kimi qeyd etsə də, ona müxalif olan Kılıçdaroğlu əksini söyləyib: 
“Yaşlı, gənc, uşaq, qadın bilmədən hamını öldürəndir terror təşkilatı. PKK bu mənada terror təşkilatı idi. Ancaq YPG bu ana qədər Türkiyəyə və ya öz xalqına qarşı belə etməyib”. 
Qeyd edək ki, Suriyada gedən müharibədə müxtəlif qruplar döyüşür. Suriya kürdlərinin YPG qanadı İŞİD-ə qarşı silahlandırılıb və Bərzani də dəstəyini əsirgəməyib. 
Comment