0
Sunday 24 October 2010 - 21:45

Amnesty İnternational: “ABŞ İraqda beynəlxalq hüququ pozub”

Story Code : 41589
Amnesty İnternational: “ABŞ İraqda beynəlxalq hüququ pozub”
Amnesty İnternational: “ABŞ İraqda beynəlxalq hüququ pozub”
Hüquq müdafiəçilərinin fikrincə, ABŞ hakimiyyəti saxlanılan şəxsləri onlara xüsusi amansızlıqla əzab verən İraq hərbçilərinə təslim etməklə beynəlxalq hüququ pozublar.
“Amnesty İnternational”ın Yaxın Şərq və Şimali Afrika üzrə proqramının direktoru Malkolm Smart “Reuters”ə müsahibəsində bildirib ki, bu sənədlərdə Amerika hakimiyyətinin bu illər ərzində İraqda insan haqlarının sistemli şəkildə pozulmasından xəbərdar olması barədə əlavə sübutlar təqdim edilib.
Britaniyanın “Guardian” qəzeti dərc edilən materiallarda belə bir faktın olduğunu sübut gətirib: “İraq polisi odlu silahla saxlanılan şəxsi ayağından yaralayır. Daha sonra dəmir parçası ilə şübhəli şəxsin kürək nahiyəsinə vurmağa başlayırlar. Sonda onun qabırğası qırılır və bir neçə kəsilmiş-deşilmiş yaralar alır. Nəticə: daha sonra heç bir araşdırma aparılmır”. /ans/
Comment