QR CodeQR Code

“İsrail rejimi işğal etdiyi torpaqları öz ərazisi hesab edir”

24 Oct 2010 22:05

IslamTimes - BMT İnsan Haqları Şurasının Fələstin üzrə məruzəçisi Riard Falk İsrail rejimini sərt şəkildə tənqid edib


Falk BMT İnsan Haqları Şurasındakı çıxışından sonra "TRT"-yə açıqlamasında bildirib ki, İsrail rejimi indiyə qədər işğal altında saxladığı torpaqları özünə aid hesab edib, onları öz ərazisinə qatmaq istəyir. İsrail rejimininin indi də fələstinlilərdən bu ölkəni yəhudi dövləti kimi tanımalarını tələb etdiyini deyən BMT məruzəçisi Təl-Əvivin 1967-ci ildən bəri beynəlxalq hüququ pozduğunu vurğulayıb. O, beynəlxalq hüquqa görə işğalçı bir gücün işğal etdiyi torpaqlara öz əhalisini yerləşdirə bilməyəcəyini deyib. Qanlı "Mavi Mərmərə" basqınına da toxunan Falk İsrail rejimininin bu hücumu beynəlxalq sularda həyata keçirdiyini və gəmidəkilərlə terrorçu kimi davrandığını söyləyib. İsrail rejimininin BMT tərəfindən hazırlanan hesabata ciddi yanaşmadığını söyləyən məruzəçi qeyd edib ki, bu durum "BMT bir işə yaramır" düşüncəsini yaradır. /Deyerler/


Story Code: 41591

News Link :
https://www.islamtimes.org/az/news/41591/israil-rejimi-işğal-etdiyi-torpaqları-öz-ərazisi-hesab-edir

Islam Times
  https://www.islamtimes.org