0
Thursday 23 October 2014 - 08:27

Kanadada silsilə hücumlar: ölən və yaralananlar var

Story Code : 416024
Kanadada silsilə hücumlar: ölən və yaralananlar var
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə New York Times qəzeti polisə istinadla məlumat yayıb.
Ottava polisi atışmada şübhəli bilinən bir neçə nəfərin olduğunu qeyd edib, onlar barəsində hazırda axtarış- əməliyyat tədbirləri həyata keçirilir. Polis vətəndaşlara pəncərəyə və parlamentin binasına yaxınlaşmamağı  tövsiyə edib.       
Qeyd edək ki, atışma Ottavada eyni vaxtda bir neçə yerdə baş verib. Ottava polisi şəhərdə azı üç silahlı insidentin olduğunu təsdiqləyib.
Polisin məlumatına əsasən, atışma parlamentin binasında, Milli hərbi memorialın yaxınlığında və “Rideau Centre” Ticarət Mərkəzində törədilib.
Son məlumata görə, Ottavanın mərkəzində silsilə atışma nəticəsində daha 2 nəfərin yaralanıb. “CBC” telekanalı xəstəxanaya 2 yaralının gətirildiyini qeyd edib.
İnsidentlərin təfərrüatları hələlik açıqlanmır.
Comment