QR CodeQR Code

Ermənistan Rusiyanın ərizəsini rədd etdi

27 Oct 2014 18:25

IslamTimes - Rusiyanın “Qroznı-Avia” şirkətinin İrəvan-Simferopol reysinin fəaliyyəti ilə bağlı təqdim etdiyi sifariş ərizəsi Ermənistan tərəfindən rədd edilib.


Bu barədə Ermənistanın Mülki Aviasiya üzrə Baş İdarəsindən məlumat verilib.  Ermənistan mülki aviasiyasının baş idarəsinin mətbuat katibi Ruben Qrdzelyan bildirib ki, sifariş ərizəsi bəzi sənədlərin çatışmazlığı üzündən qəbul edilməyib. Onların bərpasından sonra məsələyə yenidən baxılacaq.  Qurumun keçmiş rəhbəri Şaqen Petrosyan isə Krıma təşkil olunan reyslərin Ermənistanın beynəlxalq imicinə zərbə vuracağını, hətta sanksiyalarla üzləşə biləcəyini deyib.  Qeyd edək ki, oktyabrın 23-də Krımın nəqliyyat naziri Anatoliy Çurkin “Qroznı-Avia” şirkətinin Simferopol-İrəvan reysini noyabrın 16-da açacağını bildirmişdi. 


Story Code: 416768

News Link :
https://www.islamtimes.org/az/news/416768/ermənistan-rusiyanın-ərizəsini-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org