QR CodeQR Code

İngiltərə ilə Avropa Birliyi arasında büdcə böhranı getdikcə böyüyür

28 Oct 2014 18:26

IslamTimes - İngiltərə Baş naziri Devid Kemeron ölkəsinin Avropa Birliyinin tələb etdiyi 2,1 milyard avroluq ümumi büdcə töhvəsini ödəməyəcəyini yenidən təkrarlayıb.


Kemeron İngiltərə Parlamentinin Lordlar Palatasında ötən həftə Brüsseldə keçirilən Avropa Birliyinin toplantısında büdcə mövzusunda yaranan böhran ilə əlaqədar məlumat verib. O, İngiltərə iqtisadiyyatının bəzi Avropa ölkəsinin iqtisadiyyatı ilə müqayisədə daha sürətlə genişləndiyini və bu səbəbdən İngiltərədən ümumi büdcəyə daha çox töhvə vermənin surpriz olmadığını bildirib. “Ancaq heç vaxt bizdən 2,1 milyard avro tələb olunmamışdı.  Bu məbləği qətiyyən qəbul edə bilmərik. Tələb olunan məbləğ İngiltərə vergi ödəyicilərinin puludur. Bunun üçün təyin olunmuş məbləğ araşdırılmalıdır”, - “deyə Kemeron bildirib.
Xatırladaq ki, Kemeron ötən ilin dekabrın 1-də, İngiltərənin Avropa Birliyinə 2,1 milyard avro ödəməyəcəyini bildirimişdi.
Devid Kemeron İngiltərənin 1973-cü ildən bəri davam etdirdiyi Avropa Birliyinə üzvlüyünü 2017-ci ilin sonuna qədər referenduma çıxarmaq istəyir. Avropa Birliyi ilə əlaqələrin islahata ehtiyacı olduğunu dəstəkləyən Kemeron Brüsselin əlində həddindən artıq səlahiyyətin olduğunu iddia edir.
/Deyerler/


Story Code: 416956

News Link :
https://www.islamtimes.org/az/news/416956/ingiltərə-ilə-avropa-birliyi-arasında-büdcə-böhranı-getdikcə-böyüyür

Islam Times
  https://www.islamtimes.org