0
Wednesday 29 October 2014 - 10:35

Seyyid Əli Xamenei: “İslam Vəhdəti rəsmi siyasətimizdir”

Story Code : 417032
Seyyid Əli Xamenei: “İslam Vəhdəti rəsmi siyasətimizdir”
Həcc mərasimi məsullarını qəbul edən Seyyid Əli Xamenei görüş zamanı qeyd edib ki, İslam düşmənlərinin yaydığı təbliğat və yaratdıqları şübhələrlə mübarizə aparılmalıdır. “İran və digər müsəlman ölkələri arasında divarlar hörmək İslam Vəhdəti düşmənlərinin əsas planlarından biridir. Həcc mərasiminə düşmənlərin təbliğatları nəticəsində əmələ gələn yanlış fikirlər və ilkin mühakimələr divarını məhv etmək üçün misilsiz bir fürsət kimi baxmalıyıq. İslam Vəhdəti günümüzün ən mühüm mövzularından biridir. Müsəlmanlar arasında birlik və qardaşlıq dinimizin əsas təlimlərindəndir və İran İslam Respublikası da bu mövzuda çox ciddidir. İran İslam Respublikasının hər zaman dəstəklədiyi İslam Vəhdəti mövzusu müxtəlif görüşlər və düşüncələrin öz etiqadlarından imtina etmələri mənasına gəlmir. İslam Vəhdəti müsəlman toplumunun bir-birinə düşmən olmaması və dünyanın əsas məsələlərində bir-birilərinə dəstək olmaları mənasını daşıyır”, - deyə ali dini lider bildirib. /Deyerler/
Comment