QR CodeQR Code

Sarkozi postundan məhrum olacaq

25 Oct 2010 14:58

IslamTimes - Fransada baş verən son olaylar Sarkoziyə xalq dəstəyinin azaldığını göstərir


Fransada təqaüdlə bağlı islahatlara etiraz edən işçilərin tətillərinə görə, Sarkoziyə seçici dəstəyi azalıb.
FaktXeber-in verdiyi məlumata görə, Fransada təqaüd islahatı tətilləri ilə çətin günlər keçirən Nikolas Sarkozinin reytinqi 27%-ə düşüb.
Bazar günləri çıxan "Journal du Dimanche" qəzetinin apardığı ictimai sorğunun nəticəsi olaraq məlum olub ki, Sarkozinin arxasındakı xalq dəstəyi son bir ayda üç dəfə düşərək 27% olub. Qəzet, "Fransa siyasət tarixində ilk dəfə xalqın bir prezidentə dəstəyinin bu qədər düşdüyünə" diqqətə çəkib.
Sözügedən sorğunun nəticəsi olaraq, növbəti prezident seçkilərində Sarkozinin bir daha seçilməyəcəyi bildirilir.


Story Code: 41714

News Link :
https://www.islamtimes.org/az/news/41714/sarkozi-postundan-məhrum-olacaq

Islam Times
  https://www.islamtimes.org