QR CodeQR Code

Amerikada qaradərili jurnalist edam ediləcək

25 Oct 2010 23:19

IslamTimes - Amerikanın Pensilvania əyalətində günahsız qaradərili jurnalistə edam hökmü oxundu


“Fars” xəbər agentliyinin verdiyi məlumata əsasən, Pensilvania əyalətində yaşayan qaradərili jurnalist polis işçisinə atəş açaraq onu qətlə yetirdiyi ittihamı ilə edam hökmünə məhkum olunub.
Bu jurnalist fəaliyyəti dövründə polisin müdafiəsiz və zəif insanlara qarşı yönəlmiş zorakılıqlarını işıqlandırmaqla məşğul olub. Mumia Əbu Camal (Abu-Jamal) 1982-ci ildə haqsız olaraq polis əməkdaşına atəş açaraq onu qətlə yetirmək ittihamı ilə edama məhkum olunub.
Lakin həmin vaxtdan indiyədək onun günahsız olduğunu sübuta yetirən bir çox faktlar aşkarlanıb. Elmin inkişaf etməsi sayəsində açılan atəşin polis əməkdaşı ilə fasiləsi və atəşin hansı silahdan açılması təyin edilib. Mumianın qətlə yetirilən polis əməkdaşı ilə fasiləsi isə mütəxəssislərin dediyindən tamamilə fərqlənir. Bundan əlavə Mumia ilə yanaşı ittham edilən digər şəxsin etirafları da bu jurnalistin günahsız olduğunu sübuta yetirir!


Story Code: 41770

News Link :
https://www.islamtimes.org/az/news/41770/amerikada-qaradərili-jurnalist-edam-ediləcək

Islam Times
  https://www.islamtimes.org