QR CodeQR Code

Abgül Süleymanovun həyatı təhlükədə: O ikinci dəfə "kars"a salınacaq və...

Islamazeri , 2 Nov 2014 15:17

Islamtimes - Abgulsuleymanov.com-a verilən son məlumata görə, ruhaninin 5 noyabrda "kars" müddəti bitir.


Lakin, əldə edilən məlumatlara görə, Abgül Süleymanov ikinci dəfə 15 günlük cəza kamerasına salınacaq.

Həmçinin, ruhaninin qapalı tipli həbsxanaya göndərilməsi də istisna edilmir.

Qeyd edək ki, son aylar həbsxanadakı ruhanilərə qarşı bu cür addımlar intensivləşib.

Onu da qeyd edək ki, Hacı Abgülün ailəsi və yaxınları ruhaninin həyatının təhlükədə olmasından narahatdırlar.

İslamazeri.az bunun bağlı ruhaninin yaxınları ilə əlaqə saxlayıb. Onlar bildiriblər ki, Hacı Abgülə qarşı təzyiqlər haqqında onlara məlumat çatıb. Hətta dəqiqləşdirilməmiş məlumata görə, ona fiziki təzyiq də edilib. Ruhaninin yaxınları onu da bildiriblər ki, bütün bu şeylərdə, xüsusilə Abgül Süleymanovun həyatıyla bağlı Penitensiar Xidmət və onlara bu haqda göstəriş verən qurumlar məsuliyyət daşıyırlar.


Story Code: 417740

News Link :
https://www.islamtimes.org/az/news/417740/abgül-süleymanovun-həyatı-təhlükədə-o-ikinci-dəfə-kars-a-salınacaq-və

Islam Times
  https://www.islamtimes.org