0
Tuesday 26 October 2010 - 00:46

Böyük İnqilab Rəhbəri Qumda xarici tələbələr və alimlərlə görüşdü

Story Code : 41776
Böyük İnqilab Rəhbəri Qumda xarici tələbələr və alimlərlə görüşdü
Böyük İnqilab Rəhbəri Qumda xarici tələbələr və alimlərlə görüşdü
Həzrət Ayətullahül-üzma Xamenei bu gün Qum şəhərində Dini Elmlər Hövzəsinin minlərlə xarici tələbəsi ilə görüşdə İslam Maarifinin yenilənməsini İran İslam Respublikasının məqsədlərindən adlandırıb və deyiblər: Müsəlman xalqların bu xilasedici təlimlərlə tanış olmaları İslam Ümmətinin izzəti, inkişafı, azadlığı və iqtidarına zəmin yaradan amillərdəndir.

İslam İnqilabının Böyük Rəhbəri İslam Ümmətinə diqqəti İmam Xomeyninin (rəh) İran xalqı və rəsmiləri üçün böyük və unudulmaz dərsi adlandıraraq, vurğulayıblar: İslam İnqilabı elə ilk gündən İslam Ümmətinin imperializmin caynağından xilası yolunu izləyir və elə buna görə də İslam İnqilabının qələbə çalması ilə dünya müsəlmanları həyatverici küləyin əsdiyini hiss etməyə başladılar və yeni bir yol başlanmış oldu.

Həzrət Ayətullahil Üzma Xamenei təqribən 100 ölkədən tələbə və fəzilət sahibinin Qumun Camiətul Mustafa Hövzəsində bir araya gəlməsini xalqların islam maarifi ilə tanış olmaları üçün münasib zəmin hesab edərək, deyiblər: Bu mübarək iştirakın məqsədi İnqilabın siyasi terminologiyada tanınan formada ixrac edilməsi deyil. Çünki, inqilab elə bir fenomen deyil ki, onu siyasi, hərbi və təhlükəsizlik vasitələrindən istifadə yolu ilə ixrac etmək mümkün olsun. Buna görə də, islam quruluşu elə ilk gündən İnqilabın ixracı anlayışından yanlış dərki rədd edib.

Həzrət Ayətullahi Üzma Xamenei həmçinin dünya imperializminin 200 ildir ki, müsəlmanlar arasında qəflət və həqarət hisslərini yaymağa səy göstərməsinə işarə edərək, buyurublar: İslam İnqilabı izzət, ədalət, müqavimət və islam kimliyi kimi tarix yaradan anlayışları İslam Ümmətinin zehnində bir daha canlandırmış, düşmənlərin fitnələrini yerlə-yeksan etmiş oldu.

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının səbirli olmasını və İmam Xomeyninin (rəh) müqavimətini İslam düşmənlərinin gizli və aşkar fitnələrinin məğlubiyyətə uğramasının əsas amili adlandırıb və deyiblər: Dünya hegemonçuları bu gün İranın sanksiya edilməsi haqda hay-küy salırlar. Lakin, İslam Ümməti 30 ildir ki, sanksiya zorakılığı qarşısında səbir və müqavimətlə dayanıb və elə bu bəsirət, müqavimət və ilahi fəzl sayəsində İran İslam Respublikası bu gün siyasi iqtidarın zirvəsində dayanıb.
Source : IRIB
Comment