QR CodeQR Code

AİP Milli Şuranın 10 noyabr mitinqinə qoşulmaq qərarı verdi

Islaminsesi , 5 Nov 2014 14:45

Islamtimes - Bu gün Azərbaycan İslam partiyası idarə heyətinin geniş toplantısı keçirilib


İslaminsesi.org-un AİP-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda Milli Şuranın noyabrın 10-na təyin etdiyi etiraz aksiyasına qoşulmaq barədə məsələ müzakirə olunub.
Milli Şuranın sədri Cəmil Həsənlinin Azərbaycan İslam Partiyasına iştirakla bağlı etdiyi rəsmi müraciəti müzakirənin əsas mövzusu olub.

Partiya funksionerləri, mitinqin əsas prioriteti olaraq siyasi məhbuslara azadlıq, insan haqlarının ölkədə pozulmasına qarşı etiraz və Azərbaycan əhalisinin sosial şəraitinin ağırlığı kimi ciddi məsələrərin yer aldığını düşünərək aksiyada iştirak etmək barədə qərar qəbul etdilər. Partiya rəhbərliyi bütün islamçıları bu mitinqdə iştiraka çağırdı.

Toplantıda vurğulandı ki, İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarında hakimiyyəti kəskin tənqid etdiyinə görə, bu günədək həbsxana şəraitində ona qarşı təzyiqlər davam edir. O cümlədən, saxta ittihamlarla həbs edilən digər inanclıların azad olunması ilə bağlı səslənəcək şüarlar da aksiyada iştirak etməyə əsas verən səbəblərdəndir.

Qeyd edək ki, İslam Partiyası AİP sədri Mövsüm Səmədov və digər vicdan məhbuslarına qarşı yol verilən haqsızlıqlara etiraz etmək üçün müstəqil şəkildə mitinq keçirmək qərarı qəbul edib və noyabr ayının 16-da İnşaatçılar metrosunun yaxınlığındakı meydanda kütləvi aksiya keçirmək məqsədilə Bakı şəhər İçra hakimiyyətinə rəsmi müraciət ünvanlayıb.


Story Code: 418211

News Link :
https://www.islamtimes.org/az/news/418211/aip-milli-şuranın-10-noyabr-mitinqinə-qoşulmaq-qərarı-verdi

Islam Times
  https://www.islamtimes.org