0
Tuesday 4 November 2014 - 14:55

Mövsüm Səmədovun apelyasiya şikayətinə baxılacaq

Story Code : 418212
Mövsüm Səmədovun apelyasiya şikayətinə baxılacaq
Mövsüm Səmədovun apelyasiya şikayətinə baxılacaq
Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb. Təqdimatda Mövsüm Səmədovun qapalı rejimdə saxlanmaq üçün Qobustan həbsxanasına köçürülməsi xahiş olunub.

Vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, apellyasiya şikayətində Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi haqda çıxarılan qərarın ləğvi tələb edilir.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.
Source : Faktxeber
Comment