QR CodeQR Code

Sosialistlər məclisdən Fələstinin tanınmasını tələb etdi

6 Nov 2014 15:44

IslamTimes - Fransada iqtidardakı Sosialist Partiyadan olan millət vəkilləri Fələstinin rəsmən tanınması üçün parlamentə təklif təqdim edib.


Axar.az xəbər verir ki, bu barədə məlumat verən “France24” televiziya kanalı İngiltərə parlamentindən sonra Fransa məclisinin də hökumətdən Fələstinin tanınmasını tələb edəcəyini açıqlayıb.
Yaxın günlərdə Məclisdə Xarici İşlər naziri Laurent Fabius ilə təklifi verən deputatlar arasında görüş keçirilməsi planlaşdırılır.
Analitiklərin fikrincə, məclis hökumətdən tezliklə Fələstinin tanınmasını tələb etsə də, proses bir qədər uzana bilər.
Xatırladaq ki, bir müddət öncə Xarici İşlər naziri Laurent Fabius Fələstinin tanınmasına qarşı çıxmışdı.


Story Code: 418227

News Link :
https://www.islamtimes.org/az/news/418227/sosialistlər-məclisdən-fələstinin-tanınmasını-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org