0
Friday 7 November 2014 - 09:21

Çin Afrikaya 1000 tibb işçisi göndərəcək

Story Code : 418229
Çin Afrikaya 1000 tibb işçisi göndərəcək
Sözügedən tibb işçiləri Afrikanın həkimlərinə təlimlər keçəcəklər.
Çin həmçinin Liberiyada 30 gün ərzində Ebola virusunun müalicə mərkəzini inşa edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri Çin Xalq Respublikasına təşəkkür edib.
"Biz Çinə Ebola virusuna qarşı mübarizə aparılması üçün ayırdığı 130 milyon dollar vəsaitə görə dərin minnətdarlığımızı bildiririk. Rəsmi Pekin həmçinin Liberiyaya münaqişənin çözülməsi üçün hərbçilər göndərilməsinə dair qərar qəbul edib. Qlobal liderlik məhz buna deyilir. Çinin bu sahədə yardımı strateji mühüm əhəmiyyət kəsb edir", - deyə Kerri bildirib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının ölümcül Ebola virusu ilə bağlı yaydığı son hesabata əsasən, sözügedən virus nəticəsində 5 mindən çox insan həlak olub. Bu virusa yoluxan insanların sayı isə artıq 15 minə yaxın. /Deyerler/
Comment