0
Friday 7 November 2014 - 20:29

Seyid Nəsrullah İsrailin zəif nöqtələrini bilir

Story Code : 418407
Seyid Nəsrullah İsrailin zəif nöqtələrini bilir
Nur-az.com-un MehrNews-a istinadlı məlumatına əsasən, sionist rejimin müxtəlif kanalları və ekspertləri Seyid Həsən Nəsrullahın Aşura günündəki çıxışına işarə edərək təkidlə bildiriblər ki, Hizbullahın baş katibi İsrail rejiminin zəif nöqtələrini çox gözəl bilir. Hesabatda deyilir: Seyid Həsən Nəsrullah öz çıxışında İsraildəki sionistlərə dedi: Öz aeroport və limanlarınızı bağlamalısınız. Sionist rejimin 1 və 10-cu kanalları hesabat hazırlayaraq Livan Hizbullahının baş katibinin sözlərini təhlil ediblər. Onlar Livan və İsrail arasındakı yeni həqiqətlərin xəttini xatırlatdılar. 10-cu kanal sərhədlər boyunca bütün hərəkətlərə müqavimətin cavab verdiyini bildirdi. Əl-Mənar hesabatda bildirdi: İsrailin rəsmiləri bu çıxışa bir münasibət bildirməyiblər. Yalnız sionist təhlilçi İzrail Kast Livanın İsrail tərəfindən daş dövrünə qaytarılması barədə danışıb. İsrailin 10-cu kanalının aparıcısı dedi: İsrail ordusunun bir zabitinin Hizbullahın İsrailin Ben Gorian aeroportunu tətil etməyə çalışdığını ehtimal etdiyini bildirdikdən bir neçə gün sonra, Hizbullahın baş katibi İsrailin Livan və Suriyada fəaliyyətin dayandırmasının zəruriliyini bildirib. Sionist ekspert Tezoika Yehzekali deyib: Nəsrullah İsrailin aeroportlar və limanlar zəminindəki zəif nöqtələrinə Səxrə döyüşündən agahdır. Nəsrullah gözəl bilir ki, İsrail cəmiyyəti və ordusu uzun müddət duruş gətirə bilmirlər. Buna görə də, Nəsrullah bu məsələyə əl qoyur. Yaxın Şərq məsələləri üzrə ekspert olan sionist İyal Ziser bildirib: Nəsrullah yenidən bizə qırmızı xətləri xatırlatdı. Biz onları tam ciddiyə almalı və zərbələr endirməliyik. Lakin Hizbullah da bizə zərbələr endirməyə qadirdir. Əl-Mənar kanalı hesabatda deyib: İsraillilər Hizbullahla rəftarda onun hazırlığına əsasən ehtiyat etməyin zəruri olduğunu xəbərdarlıq ediblər. Xüsusilə Hizbullah son zamanlar İsrailə zərbələr də endirib. İsrailli ekspertlərin fikrincə bu rejim, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın Aşura günündəki çıxışındakı “müqavimətin İsraili iflic etmək gücünə malik olması” barədəki mövqeyinə tamamilə ciddi yanaşmalıdır.
Comment