0
Saturday 8 November 2014 - 06:29

Pekində Kerri ilə Lavrov arasında görüş keçiriləcək

Story Code : 418449
Pekində Kerri ilə Lavrov arasında görüş keçiriləcək
APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bildirib. “Sabah dövlət katibinin Sergey Lavrovla görüşü nəzərdə tutulub. Əlbəttə ki, onlar Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər”, deyə Psaki bildirib. Kerri ilə Lavrov arasında görüş noyabrın 9-dan 11-dək Pekində keçiriləcək ATES-in (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) növbəti sammiti ərəfəsində baş tutacaq.
Comment