QR CodeQR Code

İŞİD geri çəkilir

8 Nov 2014 08:07

IslamTimes - ABŞ liderliyi ilə koalisiya qüvvələrinin hava hücumları və peşmərgə qüvvələrinin hücumu nəticəsində İŞİD-in qarşısı alınıb.


Axar.az xəbər verir ki, təxminən 2 aydan artıq vaxtda Kobanini mühasirədə saxlayan terrorçu qruplaşmalar geri çəkilir. “Anadolu” Agentliyinin verdiyi məlumata görə, Kobani ətrafında 300-dən çox kəndə nəzarət edən terrorların yaxın vaxtlarda bölgəni tamamilə boşaldacağı gözlənilir. Koalisiya qüvvələrinin hava hücumları, peşmərgələr və Suriya ordusunun Kobani ətrafında fəallığı artırması terrorçuların geri çəkilməsinə səbəb olub. Mütəxəssislərin fikrincə, İŞİD-in zəifləyib geri çəkilməsinin əsas səbəbi verdiyi itkilərin yerini doldura bilməməsidir.


Story Code: 418453

News Link :
https://www.islamtimes.org/az/news/418453/işid-geri-çəkilir

Islam Times
  https://www.islamtimes.org