QR CodeQR Code

İŞİD lideri Bağdadi vuruldu - ABŞ-dan açıqlama

9 Nov 2014 11:14

IslamTimes - Terror təşkilatı İŞİD-ə qarşı təşkil edilən hava hücumları zamanı təşkilatın 1 nömrəli adamı Əl Bağdadinin ağır yaralandığı iddia edilir.


Teleqraf.com-un xəbərinə görə, bu barədə Reuters-in məlumatında bildirilir. Xəbərə görə, Mosul yaxınlığında İŞİD lideri Əl Bağdadinin də içində olduğu bir konvoya hava əməliyyatı zamanı zərbə endirilib. Konvoy tamamilə yox edilib. Hadisə zamanı Bağdadinin ağır yaralandığı iddia edilir. ABŞ administrasiyasından əməliyyatın həyata keçirildiyini təsdiqləsələr də, Bağdadinin vurulub- vurulmadığı haqqında hələlik məlumat verə bilməyəcəklərini deyiblər.


Story Code: 418649

News Link :
https://www.islamtimes.org/az/news/418649/işid-lideri-bağdadi-vuruldu-abş-dan-açıqlama

Islam Times
  https://www.islamtimes.org