QR CodeQR Code

Obama niyə məhz bu gün “öldürüldü”? – Müdhiş iddia

9 Nov 2014 13:09

IslamTimes - Bu gün məşhur CNN kanalının efirində ABŞ prezidentinin “öldürülməsi” nəbz yoxlaması kimi qiymətləndirilir. Ağ Ev sahibi Barak Obamanın telekanalda səhvən öldürüldüyü xəbəri verilməsi bəzi dairələrin planlaşdırdığı taktika olub.


Axar.az xatırladır ki, CNN-nin Əl-Qaidə lideri Usamə bin Laden ilə Obamanı səhv salması məhz bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin xərçəng olması haqda yayılan şok xəbərə adekvat hesab edilir. Siyasi ekspertlərin də fikrincə, Putinin xərçəng olduğu haqda informasiya “sabun köpüyü” kimi əridi və analoji nəbz yoxlaması Obama ilə bağlı təşkil edilib. Ümumiyyətlə, müasir dünyanın siyasi texnologiyasında belə qısamüddətli sensasiyalar blef kimi buraxılır və dünyanın reaksiyası öyrənilir. Bir xüsusi nüansı da qeyd etmək olar ki, ABŞ-ın sui-qəsddə öldürülən prezidenti Con Kennedi 1960-cı ilin bu günü - 8 noyabrda ölkə rəhbəri seçilib. Bu, bir işarə deyilmi, bəlkə də?


Story Code: 418674

News Link :
https://www.islamtimes.org/az/news/418674/obama-niyə-məhz-bu-gün-öldürüldü-müdhiş-iddia

Islam Times
  https://www.islamtimes.org