QR CodeQR Code

İraqda iki partlayışda 7 nəfər həlak olub

26 Oct 2010 23:19

IslamTimes - İraqda baş verən iki ayrı partlayışda 7 nəfər həlak olub, 5 iraqlı isə yaralanıb


Faktxeberin verdiyi məlumata görə, İraqda baş verən iki ayrı partlayışda 7 nəfər həlak olub, 5 iraqlı isə yaralanıb. Paytaxt Bağdad şəhərindən 80 kilometr aralıda yerləşən Halis şəhərində yola yerləşədirilən partlayıcının işə düşməsi nəticəsində 6 iraqlı əsgər dünyasını dəyişib. İraqın Mosul şəhərində baş verən növbəti partlayışda isə bir sadə vətəndaş həlak olub. Qeyd edək ki, bu gün Bağdad şəhərində Statistika ofisinin rəhbəri Mehdi Əl-Ələqin də avtomobil karvanına silahlı hücum təşkil olunmuş və hücum zamanı 5 nəfər yaralanmışdır.


Story Code: 41868

News Link :
https://www.islamtimes.org/az/news/41868/iraqda-iki-partlayışda-7-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org