QR CodeQR Code

Çin-Rusiya birliyi

10 Nov 2014 11:48

IslamTimes - Rusiyanın təbii qazı Çinə nəql olunacaq.


Çin və Rusiya Asiya Sakin Okeanı İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində enerji əməkdaşlığına dair bir neçə razılıq əldə edib.
ANS PRESS-in məlumatına görə, Rusiya təbii qazının Çinə nəqli ilə bağlı qərb boru xəttinə dair razılıq Rusiya və Çin prezidentləri Vladimir Putin və Tsi Cinpinq tərəfindən imzalanıb.
Bu ilin mayında da iki ölkə arasında şərq xətti barədə razılıq əldə edilib.
Sonra dövlət başçıları Çin-Rusiya əlaqələrinin inkişafından söz açıblar.
Sammitin açılışında Çin prezidenti bildirib ki, ölkəsinin yavaşayan iqtisadi artımı narahatlıqlara səbəb olmamalıdır: "Çin islahatları dərinləşdirməklə, marketin iqtisadiyyata təsir gücünü artıqmağa çalışır. Biz regional ticarətin artırılmasına maraqlıyıq. Pekinin regionun infrastrukturuna 40 milyard dollar ayıracaq."
ABŞ prezidenti Barak Obama sammitdə iştirak etmək üçün bu gün Çinə yola düşüb. O, danışıqlar zamanı Vaşinqton-Pekin münasibətləri müzakirə olunacaq.


Story Code: 418828

News Link :
https://www.islamtimes.org/az/news/418828/çin-rusiya-birliyi

Islam Times
  https://www.islamtimes.org