QR CodeQR Code

Rahiblərin olduğu təyyarə qəzaya uğrayıb

11 Nov 2014 11:49

IslamTimes - Baham Adaları Birliyi və ya Bahamalar kimi tanınan ölkənin beynəlxalq hava limanında şəxsi təyyarə eniş edərkən qəzaya uğrayıb.


ANS PRESS-in məlumatına görə, Baham Adaları Birliyi və ya Bahamalar kimi tanınan ölkənin beynəlxalq hava limanında şəxsi təyyarə eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfərin həlak olduğu xəbər verilir.
 
Ölkənin xarici işlər naziri Fred Mişel açıqlamasında Beynəlxalq Bahamalar Rahiblər Təşkilatı işçilərini daşıyan təyyarənin eniş edərkən Qrend adaları yaxınlığındakı Friport bölgəsində tikinti kranı daşıyan bir gəminin üzərinə düşdüyü bildirilir.
 
Qəzada ölənlərin arasında məşhur rahiblər təşkilatının qurucusu Mayls Manro və ailəsinin də olduğu qeyd edilir. 


Story Code: 418953

News Link :
https://www.islamtimes.org/az/news/418953/rahiblərin-olduğu-təyyarə-qəzaya-uğrayıb

Islam Times
  https://www.islamtimes.org