0
Tuesday 11 November 2014 - 20:34

ABŞ-dan Bağdadi açıqlaması

Story Code : 419032
ABŞ-dan Bağdadi açıqlaması
Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psaki Vaşinqtonda təşkil edilən gündəlik mətbuat konfransında bununla bağlı açıqlama verib. Psaki jurnalistlərdən birinin “noyabrın 7-də Mosul ətrafında təşkil edilən hava hücumu zamanı İŞİD lideri Əbubəkir Bağdadinin yaralandığı və ya öldüyü barədə xəbərlər yayılıb. Sizdə bunu təsdiq edəcək bir məlumat varmı” sualını cavablandırıb: “Dəqiq məlumatımız yoxdur. Amma yenə də bildiklərimi deyim. Bu cür məlumatları koalisiya ortaqlarımız və kəşfiyyat orqanlarımızla müzakirə edirik.
Koalisiya qüvvələri noyabrın 7-də İŞİD liderinin Mosul ətrafında bir toplantı keçirəcəyinə dair kəşfiyyat əldə edib. Nəticədə Mosul ətrafında olan 10 silah dolu avtomobil karvanına hava hücumu təşkil edilib. Bağdadinin o kravanda olub-olmadığını dəqiq bilmirik. Ancaq İŞİD terror təşkilatını hədəf almağa davam edəcəyik. Bu məsələdə hələlik məlumatımız bu qədərdir”.
Comment