QR CodeQR Code

Ukrayna Donbası itirməsi ilə barışdı

12 Nov 2014 01:48

IslamTimes - Ukrayna cənub-şərqini, Donbası indi deyil, bir neçə ilə geri qaytaracaq.


ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin müşaviri Markiyan Lubkivski açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna Donbası 4-5 ildən sonra qaytara biləcək.
"Çətin ki, Donbas yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır", deyə Lubkivski bildirib.
Qeyd edək ki, noyabrın 2-də Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri keçirilmişdi. Rusiya bu seçkilərin nəticələrini tanısa da ABŞ və Avropa ölkələri seçkiləri qeyri legitim adlandırmışdı.


Story Code: 419089

News Link :
https://www.islamtimes.org/az/news/419089/ukrayna-donbası-itirməsi-ilə-barışdı

Islam Times
  https://www.islamtimes.org